Press "Enter" to skip to content

Eskişehirin 40-cı qadın muxtarı

Meral Karayel

BAYRAQDAR MEDİA – İyunun 1-də Cunudiyə məhəlləsinin bələdiyyə nümayəndəsi seçilən və Eskişehirin 40-cı qadın muxtarı olan Meral Karayel maaşının hamısını uşaqların təhsili üçün xərcləyəcəyini bildirib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Cunudiyə məhəlləsinin əvvəlki nümayəndəsi Sevil Atanın vəfatı səbəbilə keçirilən seçkidə Meral Karayel 430 səsin 200-nü toplayaraq qalib gəlib: “Məhəllədə 870 seçicinin olduğunu deyən Meral Karayel bildirib ki, səslərin qalan 230-u digər dörd namizədə verilib. M.Karayel hələ mandatını almadığını, rəqiblərindən birinin nəticəyə etiraz edəcəyi ilə bağlı məlumat aldığını, lakin etirazın gerçəkləşib-gerçəkləşmədiyini bilmədiyini söyləyib. Ən önəmli vədinin maddi durumu zəif olan uşaqların təhsili olduğunu bildirən Karayel, maaşının hamısını bu məqsədə sərf edəcəyini deyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.