Kemal Bağzıbağlı: “Hellim Restoranları” olaraq Kuzey Kıbrısın ağıza dadı kimi tanınan Hellim pendirinin artıq Azərbaycanda da satışını təmin edirik
BAYRAQDAR MEDİA – “Bakıda keçirilən II Türk Ticarət Sərgisi türk dünyasının iqtisadi inteqrasiyasi istiqamətində növbəti addımdır. Hesab edirik ki, bu cür tədbrilər davamlı olaraq keçirilməldir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kuzey Kıbrıs Ticarət Mərkəzinin təmsilçisi, “Hellim Restoranları”nın təsisçisi və direktoru Kemal Bağzıbağlı dedi.
Onun sözlərinə görə, sərgidə iştirak ölkələrə və şirkətlərə əlavə imkanlar yaradır: “Burada yeni əməkdaşlıqlar ətrafında ilkin razılıqlar əldə edilir. Həmçinin məhsullar geniş kütlələrə çatdırılır”.
Kemal Bağzıbağlı qeyd etdi ki, artıq Kuzey Kıbrısn tanınmış məhsulu olan Hellim pendirlərinin Azərbaycanda təqdimatı öz müsbət nəticəsini verir: “Sərgidə bizim məhsullara böyük maraq var. Biz Hellimlə yanaşı digər qida və qeyri-qida məhsullarını da burada təqdim edirik. Məhsullarımız orqanikdir. Onu da deyim ki, artıq Azərbaycandan olan bacı-qardaşlarımızın Hellim üçün heç də KKTC-yə getməsinə lüzum yoxdur. Biz “Hellim Restoranları2 olaraq həm özümüzdə bu məhsullaırn satışını təşkil etmişik, həm də Azərbaycanən bri sıra marketlər şəbəkəsinə də Hellim veririk və orada satış reallaşır”.
İlk şərhi yaza bilərsiniz