Press "Enter" to skip to content

Iğdır Azərbaycan Evi Dərnəyindən rektora ziyarət

Görüş zamanı

BAYRAQDAR MEDİA – Iğdır Azərbaycan Evi Dərnəyinin başqanı Serdar Ünsal və onu müşayiət edən heyət Iğdır Universitetinin rektoru professor doktor Ekrem Gürelə “uğurlar” arzulamaq məqsədilə ziyarət edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “ziyarət zamanı Serdar Ünsal dərnəyin həyata keçirdiyi sosial və mədəni fəaliyyətlər barədə məlumat verib. O, “Soyqırım” və “Ürəyim İrəvanda Qaldı” adlı kitablarını rektora hədiyyə edib”.
Məlumatda deyilir ki, rektor Gürel bu səfərdən məmnunluğunu bildirərək, türk dünyası ilə əlaqələrin əhəmiyyətini vurğulayıb.

Ziyarət xatirə fotosu və uğur diləkləri ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.