Press "Enter" to skip to content

Nazir İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Nazir İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxkl olub.

Xəbərdə deyilir ki, “K.Heydərov L.D.Canfrançeskonu səmimi salamlayaraq Azərbaycan və İtaliya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb. Nazir Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan və İtaliyanın fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb”.

Səmimi görüşə görə təşəkkürünü bildirən L.D.Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.