BAYRAQDAR MEDİA – İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, müğənninin ailə üzvləri iştirak ediblər. Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğlu çıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki böyük rolundan söz açıblar. R.Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilib”.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasında unudulmaz sənətkarın repertuarından nəğmələr səsləndirilib.
İlk şərhi yaza bilərsiniz