Press "Enter" to skip to content

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiya

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiya

BAYRAQDAR MEDİA– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Abşeron Sosial Xidmət Mərkəzi tərəfindən əlilliyi olan uşaqlar və onların valideynləri üçün Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların dünyagörüşünü inkişaf etdirmək və insan hüquqları, xüsusilə də uşaq hüquqları mövzusunda maarifləndirməni gücləndirməkdir. Görüş çərçivəsində uşaqlar üçün “Təsviri sənətdə uşaq obrazları” mövzusunda mühazirə, tematik ekskursiya və ustad dərsi təşkil olunub”.

Uşaqlar təsviri sənətin incəlikləri, klassik və müasir dövrə aid uşaq obrazlarının sənətdə əksi ilə tanış olub, interaktiv müzakirələrdə iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.