Press "Enter" to skip to content

Yay fəslinin Azərbaycana daxil olma vaxtı

Yay fəslinin Azərbaycana daxil olma vaxtı

BAYRAQDAR MEDİA – Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək”.

Daha sonra xəbərdə, “həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq” deyə qeyd olunur.

Bildirək ki, yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.