Press "Enter" to skip to content

Azərbaycan-Qətər əlaqələri uğurla inkişaf edir

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində Qətərin xarici ticarət naziri Ahmed bin Mohammed Al-Sayed ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafı vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə təşəbbüslərin həyata keçirilməsi önəm kəsb edir. Azərbaycanın əlverişli işgüzar mühiti, müxtəlif investisiya layihələri, nəqliyyat imkanlarıhaqqında məlumat verilib, əməkdaşlığın perspektivləri qeyd olunub”.

Məlumata görə, tərəflər birgə investisiyalar, infrastrukturun inkişafı, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlıq mexanizmlərinin qurulması və digər istiqamətlər üzrə işbirliyi barədə müzakirələr aparıblar.

Mission News Theme by Compete Themes.