Professor İbrahim Ethem Atnur: Hesab edirəm ki, dövlət qurumları bu məsələdə daha çevik addımlar atmalıdırlar
BAYRAQDAR MEDİA – “Bu gün türk dünyasında təhlsilə xüsusi diqqət yetirilir. Lakin hesab edirəm ki, türk dünyasında təhsilin inkişafı daha yaxşı ola bilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur deyib.
O, qeyd edib ki, hazırda təhsil sahəsi orta səviyyədə olsa da, çox gözəl universitetlər mövcuddur: “Bu universitetlərin inkişafı və əlaqələrinin dərinləşdirilməsi vacibdir. Təhsildə sürətli addımlar atılmalı, müəllim və tələbə mübadiləsi sürətləndirilməlidir. Bununla yanaşı, təhsil proqramlarının zəif işlənməsinin bəzi bürokratik məsələlərə bağlı olduğunu düşünürəm. Hesab edirəm ki, dövlət qurumları bu məsələdə daha çevik addımlar atmalıdırlar”.
Professor, türk dünyasında müəllimlərin sərbəst şəkildə müxtəlif ölkələrdə işləməsinin vacib olduğunu vurğulayıb: “Müəllimlərin istədikləri vaxt, istədikləri universitetlərdə işləyə bilməsi, ümumi gələcəyimiz və təcrübə paylaşımı üçün mühüm əhəmiyyət kəsb edir. Bunun üçün müvafiq tənzimləmələr olmalı, qərarlar qəbul edilməlidir. Həmçinin, müəllimlərin maddi təminatının yaxşılaşdırılması üçün xüsusi büdcə ayrılması vacibdir. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində reallaşa bilər”.
İlk şərhi yaza bilərsiniz