Sadık Gardiyanoğlu: Biz ortaq dilə, mədəniyyətə və tarixi yaddaşa sahib bir ailəyik
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) olaraq biz də türk dünyasındakı əməkdaşlıqlaırn genişlənməsində maraqlıyıq. Həımçinin biz bu əməkdaşlığa töhfə verməyə hazırıq”.
Bunu KKTC-nin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Müsahibəni yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Hələlik isə onu qeyd edək ki, Sadık Gardiyanoğlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında və bu iclas çərçivəsində təşkil edilən “Orta dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı tədbirdə iştirak edib.
Bakı tədbirlərinin türk dünyası üçün xüsusi önəm kəsb etdiyini deyən KKTC-nin əmək və sosial müdafiə naziri bildirib ki, bu cür tədbirlər türk dünyasını daha da sıx birləşdirir: “Biz ortaq dilə, mədəniyyətə və tarixi yaddaşa sahib bir ailəyik. Türk Dövlətləri Təşkilatı bizim üçün siyasi deyil, eyni zamanda, mənəvi bir bağdır”.
S.Gardiyanoğlu deyib ki, ailə cəmiyyətimizin bünövrəsidir: “Bu cəmiyyətin daha da güclü və sarsılmaz olması üçün uşaq hüquqlarının qorunması, qadınların sosial-iqtisadi həyatda fəal iştirakı, ahıl və əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ortaq proqramlar vacibdir. Hesab edirəm ki, TDT daxilində atılacaq bu addımlar bizim aramızdakı baöları daha da gücləndirəcək”.
İlk şərhi yaza bilərsiniz