Press "Enter" to skip to content

Bu onu göstərir ki, KKTC güvənli və sabit bir ölkədir

Dursun Oğuz (sağda) və Nadir Azəri

Dursun Oğuz: KKTC-nin universitetlərində yüzdən artıq ölkədən gənc ali təhsil alır, dünyanın 80-dən artıq ölkəsindən insanlar gəlib burada ev alır, eyni zamanda hər il minlərlə turist ölkəmizi ziyarət edir

BAYRAQDAR MEDİA – “Hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) iki lokomotiv sahə var. Bunlardan biri təhsil, digəri isə turizmdir. Düzdür, son zamanlar inşaat sektorumuz da bu 2 sahə ilə rəqabətə girmək iddiasını ortaya qoyub. Amma bu reallıqdır ki, təhsil və turizm əsas iki sahə olaraq öndədir”.

Bunu bir müddət öncə Bakıya səfəri çərçivəsində BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində KKTC-nin daxili işlər naziri Dursun Oğuz deyib.

Onun sözlərinə görə, tanınmayan KKTC-də universitetlərdə yüzdən artıq ölkədən gənc ali təhsil alır: “Dünyanın 80-dən artıq ölkəsindən insanlar gəlib KKTC-də ev alırlar. Eyni zamanda hər il minlərlə turist ölkəmizi ziyarət edir. Bu nəyi göstərir? Bu onu göstərir ki, KKTC güvənli və sabit bir ölkədir. Yəni, KKTC təbiəti, ətraf mühiti, dənizi, havası ilə yanaşı həm də təhlükəsizliyi ilə turistləri cəlb edən ölkədir”.

Qeyd edilib ki, turistlər üçün sabitlik və təhlükəsizlik ilk sırada dayanır: “Hər bir turist səyahət edəcəyi ölkədə öncəliklə təhlükəsizlik və sabitlik axtarır. Eyni zamanda dincəlmək üçün bir gözəl təbiət qoynu axtarır. Bu baxımdan KKTC hər kəsin gələ biləcəyi , rahatlıqla dincələ biləcəyi, rahatlıqla ev ala biləcəyi və eyni zamanda istirahət edə biləcəyi təhlükəsiz sabit bir ölkədir. Deməli, nə qədər embarqo altında olsaq da bu qədər insan bizə dincəlməyə gəlirsə və yaxud minlərlə insan bizim ali məktəblərdə ali təhsil almağa üstünlük verirsə bu KKTC-yə olan inamdan irəli gəlir”.

Nazir əlavə edib ki, hazırda müxtəlif ölkələrdən insanlar gəlib KKTC-də işləyir: “Hazırda 35 min insan 3-cü ölkə vətəndaşı olaraq KKTC-də işləyir. Bu insanlar KKTC-yə yaşaya bilinən və işləyə bilinən bir ölkə olduğu üçün gəlirlər. Onlar üçün heç bir təhlükə yoxdur. Dövlətimizin müvafiq qurumları təhlükəsizliyi və sabiltiyi təmin edir.

Buna görə də biz hər kəsi, xüsusilə də türk dünyasından, türk dövlətlərindən olan bacı-qardaşlarımızı KKTC-yə dəvət edirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.