Press "Enter" to skip to content

Çimərlik mövsümünə hazırlıqla bağlı mediatur

Çimərlik mövsümünə hazırlıqla bağlı mediatur

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir zamanı media subyektlərinin nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisinə düşən sahilində yerləşən çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar. Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına bildirilib ki, FHN tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. Belə ki, cari ilin may ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərinin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub”.

Ardınca xəbərdə, “bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir. Bütün təhlükəsizlik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq və iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri intensiv şəkildə davam etdirilir”.

Tədbirin sonunda FHN-in nümayəndəsi tərəfindən sularda təhlükəsizlik tədbirləri ilə bağlı əhaliyə media vasitəsilə müraciət edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.