Press "Enter" to skip to content

Fransanın “IB2” şirkətinin həmtəsisçisi və baş icraçı direktoruilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın “IB2” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.