BAYRAQDAR MEDİA – Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Forum çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel sessiya keçirilib. Sessiyada hər iki ölkənin hökumət və biznes nümayəndələri ilə ikitərəfli ticarətin genişləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Sessiyada iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və tədbirlərinəməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Ötən il Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” tərəfdaşlığın gücləndirilməsində xüsusi önəm kəsb edir”.
Məlumata görə, Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev, Daşkənd qubernatorunun müavini Şərof Rəhmanov iki ölkə arasındaiqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər.
İlk şərhi yaza bilərsiniz