Press "Enter" to skip to content

Nazir Göygöl rayonunda vətəndaşlarla görüşüb

Nazir Göygöl rayonunda vətəndaşlarla görüşüb

BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulları davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullarda sakinlərin müraciət və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub. Qəbuldan əvvəl A.Kərimli və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar”.

Daha sonra xəbərdə, “vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib” deyə bildirilir.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.