BAYRAQDAR MEDİA – İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində “Huawei” şirkətinin rəhbər heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş çərçivəsində sözügedən şirkət ilə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib”.





