BAYRAQDAR MEDİA – Qazaxıstanın Manqışlaq vilayətində “Böyük Türküstanda Oğuzların Mədəni İrsinin İzləri ilə” adlı mədəni irs layihəsi həyata keçirilib. Layihə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Yesenov Universitetinin Rektorluğu və Sosial Dəstək və Gənclərin İnkişafı İdarəsinin rəhbəri Gülmira Yeşmanovanın koordinatorluğu ilə reallaşıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Qazaxıstanın batı bölgəsində yerləşən Manqışlaq vilayətində, Aktau şəhəri sərhədlərindəki tarixi Oğuz qəbiristanlıqlarında olan məzar daşları yerində aparılan tədqiqatlarla Türkiyədən və Qazaxıstandan olan türk akademiklər tərəfindən ətraflı şəkildə araşdırılıb. TİKA-nın yaydığı açıqlamada qeyd olunub ki, bu tədqiqatlar Qazaxıstandakı Oğuz tarixi və mədəniyyətinin aydınlaşdırılmasına töhfə verəcək öncül bir akademik iş xarakteri daşıyır”.
Məlumata görə, ortaq türk tarixinin maddi-mədəni irs elementləri arasında yer alan bu məzar daşları bu günədək sənədləşdirilməmişdi: “Buna görə də ilk dəfə həyata keçirilən bu araşdırma, zaman keçdikcə yoxa çıxma riski olan bu irsin və mədəni yaddaşın qorunmasına xidmət edəcək”.
İlk şərhi yaza bilərsiniz