Press "Enter" to skip to content

Taxıl biçini davam edir

Taxıl biçini davam edir

BAYRAQDAR MEDİA – Azərbaycanın bölgələrində taxıl biçini davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu il ölkə üzrə 932 min 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 505 min 696 hektarını buğda, 426 min 623 hektarını arpa sahələri təşkil edir. Hazırda biçin prosesi Azərbaycanın 40 rayonunda əsasən arpa sahələrində aparılır. İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğda sahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçin prosesi yekunlaşıb. Bugünədək ölkə üzrə 4 min 141 hektar buğda, 122 min 265 hektar arpa sahəsi biçilib. Sahələrdən 13032 ton buğda, 381 min 604 ton arpa yığılıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir”.

Ardınca xəbərdə, “buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. Bu bölgələrdə iyunun son ongünlüyündə buğda biçininə başlanılacaq. Hazırda taxıl biçinində 1 min 356 taxılyığan kombayn iştirak edir. Bunlardan 573 ədədi “Aqroservis” ASC-nin, 783 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır” deyə qeyd edilir.

“Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.