Press "Enter" to skip to content

Universitetə böyük sərmayə

Eskişehir Texniki Universiteti

BAYRAQDAR MEDİA – Eskişehir Texniki Universiteti (ESTÜ), TÜBİTAK-dan aldığı dəstəklə yeni texnologiya emalatxanası quracaq.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, Milli Texnologiya Hərəkatı çərçivəsində yaradılacaq bu mərkəz gənc sahibkarlar, tələbələr və texnologiya həvəskarları üçün ilham mənbəyi olacaq: “Sanayi və Texnologiya Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə ilə gənclərin elm və texnologiyaya marağının artırılması, sahibkarlığın dəstəklənməsi və yerli istehsala töhfə verilməsi hədəflənir. Emalatxana yalnız universitet tələbələrinə deyil, həm də orta məktəb şagirdləri, məzunlar və sahibkarlara açıq olacaq”.

Məlumatda qeyd edilir ki, ESTÜ-nün rektoru professor Adnan Özcan layihə ilə bağlı bunları deyib: “Bu dəstəklə tələbələrimizin xəyallarını gerçəyə çevirəcək güclü bir infrastruktur qurmuş olacağıq. Mövcud komanda artıq bir çox uğura imza atıb. Yeni mərkəz bu uğurların davamını təmin edəcək.”

Layihə ümumilikdə 30 milyon TL-lik büdcəyə sahib olacaq və 3 il ərzində həyata keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.