BAYRAQDAR MEDİA – Yozgatda havaların istiləşməsi ilə birlikdə gənələr təhlükə yaratmağa davam edir.Sorgun rayonunun Araplı qəsəbəsində 20 ildir heyvandarlıqla məşğul olan Adem Göçer bu təhlükəyə diqqət çəkib.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, A.Göçer açıq havaya çıxacaq vətəndaşların diqqətli olmalı olduğunu bildirib: “Xüsusilə Yozgat və Sivas bölgələrində gənələrin sayı çoxdur. Piknikə çıxanlara səslənirəm, çox diqqətli olsunlar. Şalvar balaqlarını corablarının içinə salsınlar, ağ geyinsinlər, tədbir görmədən çölə çıxmasınlar”.
İlk şərhi yaza bilərsiniz