BAYRAQDAR MEDİA – “Son hadisələr bir daha göstərdi ki, Azərbaycan dövləti verdiyi qərarların hamısı nə qədər ölçülü biçili və dəqiq dövlətin və millətin maraqlarına uyğun qərarlardır”.
Bu sözləri son hadisələr fonunda quru sərhədlərin bağlı qalmasını şərh edən hərbi ekspert Emin Həsənli bildirib.
Emin Həsənli deyib ki, “son iki hadisə Ukraynanın Rusiyanın içərisində keçirdiyi əməliyyat və İsrailin İranda keçirdiyi əməliyyat bizim bölgəmizin nə qədər təhlükəli bir bölgə olduğunun göstəricisidir. Azərbaycan dövləti də hər zaman doğru düzgün qərarlar aldığına görə dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü qorunur, eyni zamanda vətəndaşların təhlükəsizliyi qorunur”.
Hərbi ekspert Azərbaycan vətəndaşlarının dövlətin bu istiqamətdə verdiyi qərartlara inamla yanaşdığını, səbr nümayiş etdirdiyini söyləyib: “Kiçik bir qisim isə buna etirazını bildirirdi və həmin kiçik qisim də görməlidir ki, necə bu qərarlar ölkəmizin təhlükəsizliyi naminə vacibdir, zəruridir”.
Emin Həsənli deyib ki, Azərbaycan vətəndaşlarının bundan sonra da dövlətimizin ətrafında daha möhkəm birləşəcək, dövlətçiliyin, müstəqilliyin qorunması üçün hər zaman səfərbər olacaq: “Xüsusən təhlükəsizlik baxımından bu cür qərarlar çox önəmlidir”.
İlk şərhi yaza bilərsiniz