Press "Enter" to skip to content

Fikir mübadiləsi aparılıb

Görüşdən xatirə fotosu

Son yeniləmə: 14 İyun 2025

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında işçi şam yeməyi əsnasında görüş olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirləri və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakıda keçirilən 2-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkənin əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən sosial sahədə daim genişlənməkdə olduğu qeyd edilib”.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqinə dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Əməkdaşlığın intensivləşdiyi və birgə tədbirlərin uğurla davam etdiyi nəzərə alınmaqla növbəti illər üzrə yeni Fəaliyyət Planının hazırlanmasına, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.