Ünal Üstel: Gənc nəsillər artıq özlərini yalnız bir adanın deyil, böyük bir sivilizasiyanın parçası kimi görürlər
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatında yer almağımız gənclərimizin türk dünyasına olan mənsubiyyət hissini gücləndirmişdir. Gənc nəsillər artıq özlərini yalnız bir adanın deyil, böyük bir sivilizasiyanın parçası kimi görürlər”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində dedi.
Müsahibəni bir qədər sonra oxuculara təqdim edəcəyik.
Baş nazir bildirdi ki, sadalanan amil gələcək inteqrasiyalar üçün sağlam bir zəmin yaradır: “KKTC-nin türk dünyasındakı mövqeyi həm coğrafi, həm də mədəni baxımdan stratejidir. Akdenizdəki varlığımız ortaq gələcəyimizin təminatıdır. Biz bu böyük ailəyə dəyər qatmağa davam edəcəyik”.
İlk şərhi yaza bilərsiniz