Press "Enter" to skip to content

MEK əməkdaşları Gəncədə keçirilən beynəlxalq elmi konfransda

MEK əməkdaşları Gəncədə keçirilən beynəlxalq elmi konfransda

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., Dos. Şəhla Quliyeva və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova Gəncədə keçirilən “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransa qatılaraq məruzə ilə çıxış ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə böyük ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransa yerli və xarici alimlər, tədqiqatçılar qatılıb”.

Sonra xəbərdə, “plenar iclasda Ş.Quliyeva MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə həmmüəlif olduğu “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında qorunan Nizami Gəncəvi irsinin dünya dillərindəki bəzi nümunələri” adlı məruzə ilə çıxış edib və dahi mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə MEK tərəfindən tərtib olunmuş biblioqrafik göstəricini Bölmənin Nizami Gəncəvi Mərkəzinə hədiyyə olaraq təqdim edib. Panel iclasında isə G.Məmmədovanın “Xəlil Yusiflinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında irsi”nə dair çıxışı dinlənilib” deyə bildirilib.

Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.