Press "Enter" to skip to content

Müdafiə naziri ilə Özbəkistan Təhlükəsizlik Şurasının katibi arasında görüş

Müdafiə naziri ilə Özbəkistan Təhlükəsizlik Şurasının katibi arasında görüş

BAYRAQDAR MEDİA – İyunun 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müdafiə naziri qonağı salamlayıb və onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib”.

Sonra xəbərdə, “V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb” deyə qeyd olunur.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Mission News Theme by Compete Themes.