Press "Enter" to skip to content

Nazir Yardımlı və Masallı sakinlərini qəbul edib

Nazir Yardımlı və Masallı sakinlərini qəbul edib

BAYRAQDAR MEDİA – İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Yardımlı və Masallı rayon sakinlərini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “qəbuldan öncə F.Qayıbov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla birlikdə Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Masallı Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib”.

Qəbuldan sonra nazir Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.