Press "Enter" to skip to content

Azərbaycan bizi dəstəklədi

Sadık Gariyanoğlu

Sadık Gardiyanoğlu: Bütün xalqımız, hər bir Kıbrıs türkü cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdardır

BAYRAQDAR MEDİA – “Çox təəssüf ki, uzun illərdir dünya Kıbrıs türklərinə qarşı haqsız davranır. Dövlətçilik haqqımız dünya tərəfindən tanınmır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu dedi.

Nazir, həmçinin “Amma sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində artıq konkret addımlar atılır. Biz bu təşkilatın müşahidəçi üzvüyük” deyə bildirdi.

Onunla müsahibəni bir azdan təqdim edəcəyik.

S.Gardiyanoğlu Azərbaycan Prezidentinə təşəkkürünü də çatdırdı: “Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə Kıbrıs türklərinə verdiyi hərtərəfli dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm. Azərbaycana səfər zamanı qardaş ölkədə gördüyümüz istiqanlı münasibət, qardaşlıq ruhu, yüksək qonaqpərvərlik bir daha göstərir ki, “Can Azərbaycan” ifadəsi sadəcə söz deyil, bu, həqiqətdir. Bütün xalqımız – 7-dən 77-yə qədər hər bir Kıbrıs türkü cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdardır”.

Nazir “bu gün dünya ilə əlaqəmiz Türkiyə üzərindən qurulursa, mənəvi dayağımız da Azərbaycandır. Bəzi türk dövlətləri Rum kəsimində səfirlik açarkən, Azərbaycan belə bir addım atmayaraq, əksinə, bizi dəstəklədi. Cənab Prezident İlham Əliyevin “Artıq KKTC dövlət olaraq tanınmalıdır” deyə bəyan etməsi, adada Kıbrıs türkləri arasında böyük ruh yüksəkliyi yaratdı” deyə sonda qeyd etdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.