BAYRAQDAR MEDİA – Ankaranın kifayət qədər yağıntı almaması səbəbindən su anbarlarında quraqlıq riski artır. Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) su qıtlığı yaşanmaması üçün qənaətə diqqət çəkib.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Məlumata görə, ABB suya qənaəti təşviq etmək üçün yeni endirim qərarını açıqlayıb: “Bu məqsədlə mərhələli su tarifləri tətbiq ediləcək. Belə ki, aylıq 0-20 kubmetr aralığında su istifadə edən abunəçilərə 10 faiz endirim ediləcək. ABB-nin məlumatına görə, hazırda Ankarada hər 10 evdən 6-sı 0-10 kubmetr arası su sərf edir. 10-15 kubmetr arasında su istifadə edən 386 min abunəçiyə əlavə ödəniş tətbiq olunmayacaq. Bu qrup ümumi abunəçilərin təxminən 23 faizini təşkil edir”.
İlk şərhi yaza bilərsiniz