Press "Enter" to skip to content

AZAL beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib

AZAL beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib

BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub. Mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində Parisdə keçirilən beynəlxalq “Paris Air Show” aviasalonu çərçivəsində olub. Tədbirdə dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri və aviasiya sənayesinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər”.

Ardınca xəbərdə, ““Skytrax” kimi beynəlxalq nüfuza malik təşkilat tərəfindən yenidən təltif olunmaq bizim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur AZAL-ın regionda etibarlı aviaşirkət kimi mövqeyini daha da möhkəmləndirdiyini və beynəlxalq səviyyədə tanındığını bir daha təsdiqləyir. “Biz sərnişinlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim etmək öhdəliyimizi daim qoruyub saxlayırıq” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Samir Rzayev bildirib. 1999-cu ildə təsis olunan “Skytrax” mükafatı sərnişinlər arasında keçirilən genişmiqyaslı beynəlxalq sorğular əsasında təqdim olunur. Təşkilatın “World Airline and Airport Star Rating” proqramı çərçivəsində aviaşirkətlər və hava limanları xidmət və məhsul keyfiyyətinə görə qiymətləndirilir” deyə bildirilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.