Press "Enter" to skip to content

BAO-nun İsrailin İrana hərbi əməliyyatları ilə bağlı Bəyanatı

BAO-nun İsrailin İrana hərbi əməliyyatları ilə bağlı Bəyanatı

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, bir neçə gündür İsrailin İran ərazisinə qarşı hərbi əməliyyatlara başlayıb və hazırda bu əməliyyatlar qarşılıqlı şəkildə davam edir. Məlumata görə, hərbi əməliyyatlar nəticəsində İran ərazisində yerləşən onlarca “yer-yer” tipli raket qurğusu, raket anbarı və digər hərbi obyektlər məhv edilib, bir neçə nüvə obyektinə zərbələr endirilib, çox sayda yüksək rütbəli zabit, o cümlədən nüvə alimləri öldürülüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bütöv Azərbaycan Ocaqlarından (BAO) daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “İran-İsrail müharibəsi fonunda İran daxilində Azərbaycana qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media orqanları dezinformasiya xarakterli əsassız və uydurma iddialar da irəli sürürlər. Saxtakar şovinist fars rejimi və ona yaxın mənbələr məlumat yayır ki, guya, Azərbaycan İsrailə döyüş təyyarələrinin Xəzər dənizi üzərindən uçaraq İrana aviazərbələr endirməsinə icazə verib. Azərbaycan dövləti hər zaman rəsmi səviyyədə bəyan edib: “Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil”. Azərbaycan hər zaman bu mövqedə qalıb”.

Qeyd edilib ki, BAO Azərbaycana qarşı dezinformasiya xarakterli əsassız və uydurma iddiaları qətiyyətlə qınayır, İsrail və İran arasında davam edən hərbi əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.