Press "Enter" to skip to content

BDU rəhbərliyi Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində

BDU rəhbərliyi Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində

BAYRAQDAR MEDİA – İyunun 17-də Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) və Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təşkil olunan Qlobal Dayanıqlı İnkişaf Konqresinin rəsmi açılış mərasimi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbirin açılışında THE-nin qlobal əlaqələr üzrə baş direktoru Phil Baty və YÖK-ün rəhbəri Erol Özvar çıxış edərək konqresin əhəmiyyəti və ali təhsildə dayanıqlılıq mövzusunun aktuallığı haqqında fikirlərini bölüşüblər. Ardınca Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Azərbaycanda elm və təhsil sahəsində dayanıqlı inkişaf istiqamətində həyata keçirilən islahatlar, proqramlar və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat verib. Rəsmi açılış çərçivəsində sabah açıqlanması nəzərdə tutulan “THE Impact Rankings 2025” nəticələrindən seçilmiş dünyanın TOP-10 universitetinin siyahısı da konqres iştirakçılarının diqqətinə təqdim olunub”.

Daha sonra xəbərdə, “açılışdan sonra E.Əmrullayev və YÖK-ün rəhbəri sərgi zonasında nümayiş etdirilən Azərbaycan pavilyonu ilə tanış olublar. Qeyd edək ki, pavilyonda BDU da daxil olmaqla Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələri dayanıqlı inkişafla bağlı təşəbbüslərini, tədqiqat layihələrini və nailiyyətlərini təqdim ediblər. Azərbaycan pavilyonu yerli və beynəlxalq media orqanlarında da geniş işıqlandırılıb” deyə bildirilir.

Azərbaycanın bu nüfuzlu beynəlxalq tədbirdə fəal iştirakı onun ali təhsil sisteminin qlobal dayanıqlı inkişaf gündəminə verdiyi töhfənin mühüm göstəricisidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.