Press "Enter" to skip to content

Biz türkük və türklüyümüzlə fəxr edirik

Müsahibədən xatirə fotosu

Olgun Amcaoğlu: Ata-babalarımızdan miras aldığımız bu müqəddəs mübarizə bayrağını şərəflə daşıyırıq

BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycan türk dünyası ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi etdi. Bu tədbirlərin hər birində də Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) rəsmilər iştirak etdi. Onlardan biri də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu idi.

Bu istiqamətlərdən biri də “yaşıl enerji”dir

Onun BAYRAQDAR MEDİA-ya verdiyi özl müsahibəni oxuculara təqdim edirik.

Türk dünyası böyük iqtisadi potensiala və ortaq mədəni dəyərlərə malikdir

-Cənab nazir ilk olaraq istərdik ki, bu cür tədbirlərdə iştirakın KKTC üçün hansı əhəmiyyət kəsb etdiyinə dair sualı cavablandırasınız…

-Təşəkkür ediəm. Asiya, Avropa və Afrika qitələrinin kəsişməsində yerləşən, Doğu Akdenizdə türklüyün keşikçiliyini davam etdirən, Mavi Vətənə sahib çıxan, türk dünyasının 7-ci dövləti olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün bu cür tədbirlərdə iştirak etmək son dərəcə əhəmiyyətlidir.

Müsahibə zamanı
Müsahibə zamanı

Türk dünyasına mənsub dövlətlərlə iqtisadiyyat, sənaye və ticarət sahələrində əlaqələrin möhkəmləndirilməsinin, KKTC-nin xarici siyasətində, orta və uzunmüddətli yol xəritəsində əsas prioritetlərimizdən biri olduğunu vurğulamaq istəyirəm. Məhz bu baxımdan, həmçinin türk dünyasının birliyi prinsipinə sadiq qalaraq KKTC bu böyük coğrafiyada iqtisadi və mənəvi birliyin tədbirlərində fəal şəkildə iştirak edir və türk birliyinin daha da güclü olamsı uğrunda bütün gücü ilə çalışır.

-Türk dünyasının iqtisadi  potensialını necə dəyərləndirirsiniz?

-Türk dünyası – 250 milyondan çox insanın yaşadığı, geniş bir coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala və ortaq mədəni dəyərlərə malik olan bir birlikdir. Türk Dövlətləri Təşkilatı isə ilk gündən etibarən bu böyük coğrafiyada birliyin, bərabərliyin və qarşılıqlı dəstəyin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bu təşkilatın əsas qayəsi və önəmli hədəflərindən biri məhz birlik və həmrəyliyə nail olmaqdır. Belə bir potensialdan enerji, turizm və kənd təsərrüfatı kimi sahələrdə güclü əməkdaşlıqların doğması son dərəcə təbiidir.

“Mübarizəmiz bu gün də eyni əzm və qətiyyətlə davam edir”

-Müasir dünyada qarşılaşdığınız çətinliklər və KKTC-yə qarşı ədalətsizliklər barədə nə deyə bilərsiniz?

-Təəssüf ki, bu gün dünya hələ də ədalətsizliklərlə doludur. Bu ədalətsizliklər yalnız bir millətə, bir xalqa qarşı deyil, bir çox xalqlara qarşı tətbiq olunur. Biz Kıbrıs türkləri olaraq müasir dövrdə haqsız yanaşmaların daha açıq və daha sərt formalarını müşahidə edirik. Lakin inanırıq ki, zamanla bu yanaşmaları dəyişdirmək mümkündür.

-Dövlətçiliyin tanınması ilə bağlı mübarizəniz bu gün hansı mərhələdədir?

-Biz ata-babalarımızdan miras aldığımız bu müqəddəs mübarizə bayrağını şərəflə daşıyırıq və bu mübarizə dayanmayacaq. Çağdaş dünyanın tələbləri çərçivəsində sülh və sabitlik şəraitində yaşamaqdan başqa məqsədimiz yoxdur. Amma bizim mübarizəmiz dünənin, srağagünün mübarizəsi deyil – bu 453 illik tarixi bir mübarizədir və bu gün də eyni əzm və qətiyyətlə davam edir. Davam edəcək də – ta o vaxta qədər ki, bizim dövlətçiliyimiz beynəlxalq birlik tərəfindən tanınacaq.

“Bu bizim üçün böyük dəstəkdir”

-Türk dünyası təşkilatlarında iştirakınız barədə nə deyə bilərsiniz?

-Hazırda türk dünyasının bütün təşkilatlarında – forumlarda, federasiyalarda, akademiyalarda fəal iştirak edirik və bu iştirakımız davamlı olacaq. Bizim yanımızda olan, bizə daim dəstək göstərən qardaş Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Recep Tayyip Erdoğana və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Şəkildə soldan sağa Olgun Amcaoğlu, Ufuk Turganer və Okyay Sadıkoğlu
Şəkildə soldan sağa Olgun Amcaoğlu, Ufuk Turganer və Okyay Sadıkoğlu

Qardaş ölkələrin prezidentləri bütün beynəlxalq tədbirlərdə bizim bayrağımızın qəbul edilməsini, dövlətçiliyimizin tanınmasını açıq şəkildə bəyan edirlər. Bu bizim üçün böyük dəstəkdir. Biz türkük və türklüyümüzlə fəxr edirik. Biz Kıbrıs adasında müstəqil iki dövlət olaraq yolumuza davam etməyi üstün tuturuq. Hesab edirik ki, bizim dövlətçilik haqqımız artıq çoxdan tanınmalı idi və bu istiqamətdə də mübarizəmiz davam edəcək. Biz heç kimin haqqını əlindən almaq niyyətində deyilik, sadəcə öz haqqımızın tanınmasını istəyirik. Xalqımızın fədakarlığı ilə yanaşı, Türkiyə və Azərbaycan rəhbərliyinin dəstəyi sayəsində bu yolda inamla irəliləməyə davam edəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, “Bizim ailəmiz Türk dünyasıdır”. Deməli, türk dünyası olaraq bizə düşən vəzifə bir-birimizə dəstək olmaq və əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdir.

Nazir Olgun Amcaoğlu “MÜSİAD Azərbaycan”da olub

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.