Press "Enter" to skip to content

Kənd təsərrüfatı naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də saat 09:00-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Gəncə və Naftalan şəhərlər, Daşkəsən, Göygöl, Samux, Goranboy rayonlarının sakinləri Daşkəsən DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər”.

Qeyd edək ki, KTN-in “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək mümkündür. Həmçinin qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.