BAYRAQDAR MEDİA – Ceyms Veb Kosmik Teleskopu kainatın bu günə qədər ən ayrıntılı xəritəsini yaradıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Ceyms Veb Kosmik Teleskopu (JWST) saatlarla səmanın kiçik bir hissəsinə baxaraq bu günə qədər kainatın ən ayrıntılı xəritəsini yaradıb. Bu yeni xəritə “COSMOS-Veb məkanı” adlanır.
Layihənin həmrəhbəri Santa-Barbara Kaliforniya Universitetindən fizikçi Caitlin Casey “Məqsədimiz əvvəllər edilmiş olanların fiziki miqyasda çox daha irəlisinə keçən dərin bir kosmos xəritəsi yaratmaq idi. Əgər siz Hubble Ultra Deep Field şəklini standart kağız üzərində çap etsəydiniz, şəklimiz təxminən 4 metrə 4 metr ölçüdə nəhəng divar şəkli kimi olardı. Böyük Partlayışdan sonra ulduzların əmələ gəlməsi və qalaktikaların formalaşması müəyyən vaxt tələb edir. Lakin JWST ilə uzaq məsafələrdə gözlədiyimizdən təxminən 10 dəfə çox qalaktikalar görürük” deyib.
COSMOS-Web görüntüsü səmanın təxminən 7,5 tam ay ölçüsündə bir sahəsini əhatə edir və 13,5 milyard il əvvələ aid məlumatları təqdim edir. Bu, erkən kainatı əhatə edən ilkin kosmik dumanın dağılmağa başladığı dövrü göz önünə sərir.
Tədqiqatçılar təkcə erkən qalaktikaları deyil, həm də bütün kainatı əhatə edən qaranlıq maddə şəbəkəsi daxilindəki kosmik ekosistemi öyrənirlər.
Alimlər qısa müddətdə bu qədər çox inkişaf etmiş qalaktikanın meydana gəlməsinin mövcud qalaktikaların təkamül nəzəriyyələri ilə ziddiyyət təşkil etdiyini və həllini tələb edən böyük bir elmi sual yaratdığını bildiriblər.
İlk şərhi yaza bilərsiniz