BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 min 323 sinif üzrə 256 min 996 şagirdi əhatə edib: “Layihə çərçivəsində 6 min 30 müəllim müvafiq təlimlərdən keçib. Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub”.
İlk şərhi yaza bilərsiniz