Press "Enter" to skip to content

Azərbaycan hərbi qulluqçuları Serbiyada beynəlxalq təlimdə

Azərbaycan hərbi qulluqçuları Serbiyada beynəlxalq təlimdə

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən “Platinum Wolf – 2025” çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək. Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək”.

Mission News Theme by Compete Themes.