Press "Enter" to skip to content

BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib

BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib

BAYRAQDAR MEDİA – İyunun 18-də Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin İstanbul şəhərində nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatı və Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təşkil olunmuş Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Azərbaycanın təcrübəsi: Universitetlər davamlı inkişaf irsini necə formalaşdırır?” (“Azerbaijan Showcase: How Universities are Shaping Their National Sustainability Legacy”) adlı panel müzakirəsində Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova moderator qismində çıxış edib. Paneldə BDU-nun rektoru ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Koç Universitetinin prezidenti Metin SittiJohn Von Neumann Universitetinin Himayəçilər Şurasının rəhbəri Norbert Csizmadia da iştirak ediblər”.

Daha sonra xəbərdə, “panel zamanı E.Babayev BDU-da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində həyata keçirilən fəaliyyətlər, elmi tədqiqatların bu istiqamətə yönəldilməsi, maarifləndirmə təşəbbüsləri, Universitetin daxili siyasətində dayanıqlılıq prinsiplərinin tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib” deyə bildirilir.

Qeyd edək ki, bu panel müzakirəsi Azərbaycanın ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsindəki rolu və töhfəsinin beynəlxalq səviyyədə nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mission News Theme by Compete Themes.