Press "Enter" to skip to content

“Dənizdə neft dağılmalarının ləğvi” təlimi – VİDEO

“Dənizdə neft dağılmalarının ləğvi” təlimi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimin keçirilməsində əsas məqsəd sularda mümkün qəzaların, o cümlədən neft və neft məhsullarının dağılması ilə əlaqədar yarana bilən fövqəladə hallara çevik reaksiyanın verilməsi məqsədilə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən təşkil olunan təlimdə, həmçinin SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin və “Azneft” İB-nin nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Təlimə bir ədəd yedək gəmisi, beş ədəd xüsusi təyinatlı kater və neft dağılmalarının ləğvi üzrə avadanlıqlar cəlb olunmaqla, bon çəpərləri vasitəsilə dənizə “dağılmış neftin” yayılmasının qarşısı alınıb və skimmer qurğusunun köməyi ilə “dağılmış neft” dəniz səthindən “yığılaraq aidiyyəti üzrə təhvil verilib””.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.