BAYRAQDAR MEDİA –90 faiz əlil və onurğa iflici olan Tuana Akar Eskişehirdə Anadolu Universiteti Açıq Təhsil Fakültəsinin Sosial Xidmətlər Bölümünü bitirib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, onun təhsili üçün 21 il fədakarlıqla çalışan anası Filiz Akar deyib: “Qızımdan qürur duyuram. Hər gün məktəbə getdim-gəldim. Tələbələr necə getdisə, mən də elə.”
Məlumata əsasən, Tuana Akar doğuşdan iflic olsa da, Zonguldak Çaycuma şəhərində oxuyaraq böyük uğura imza atıb: “Anası Filiz Akar, 2005-ci ildə həyat yoldaşını xərçəngdən itirdikdən sonra atasının da dəstəyi ilə təhsilini davam etdirib. 2019-da atasını da itirib. Tuana üçün orta məktəb dövründə Çaycuma Bələdiyyə Başçısı xüsusi servis təşkil edib”.
https://www.eskisehir.net/eskisehirde-gurur-dolu-anlar-yuzde-90-engelli-kizinin-egitim-icin-yillardir-cabaliyordu





