BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumundaiştirak çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Mikayıl Cabbarov Forum çərçivəsində təşkil edilən “Resursların dayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış edib. Tədbirdə enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadə olunmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir. Bu sahədə Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib”.
Məlumata görə, Mikayıl Cabbarov BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müllerlə görüşüb: “Görüşdə sənaye sektorunun inkişafı, dayanıqlı iqtisadiyyatın təşviqi vəbeynəlxalq əməkdaşlığın gücləndirilməsində təşkilatla tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkəmizin iqtisadi prioritetləri barədə məlumat verilib, gündəlikdə olan məsələlər nəzərdən keçirilib. Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın bir çox sahələr, o cümlədən bərpa olunan enerji üzrə inkişafından məmnunluq ifadə olunub. Səudiyyə İnkişaf Fondunun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmi qeyd olunub. Tərəflər sənaye, yaşıl enerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər istiqamətlərdə investisiya tərəfdaşlığı perspektivlərini dəyərləndiriblər”.
Məlumatda deyilir ki, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun baş direktoru vəzifəsini icra edən Valid Əl-Baharla görüşdə Küveytlə iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı diqqətə çatdırılıb: “Fondla işbirliyiningenişləndirilməsi,maliyyə mexanizmlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda prioritet layihələr üzrə investisiya əməkdaşlığı potensialı nəzərdən keçirilib”.





