Press "Enter" to skip to content

“Qaravəlli” tamaşasının premyerası olacaq

“Qaravəlli” tamaşasının premyerası olacaq

BAYRAQDAR MEDİA – İyul ayında Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, rejissoru Rəvan Hüseynzadə, musiqi tərtibatçısı Elay Xasiyevdir. Ritmika Ramazan Xanlarova, musiqilərin ifası – “Dərviş” qrupuna məxsusdur. Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən, daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir”.

Tamaşada obrazları Əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov), Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova), İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan XanlarovEtibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.