Press "Enter" to skip to content

Türk gəncliyi öz tarixini dərindən bilməlidir

Sadık Gariyanoğlu

Sadiq Gardiyanoğlu: Gənclər bilməlidirlər ki, Kıbrıs türkü illərlə edilən zülmlərə, soyqırımlara baxmayaraq dilini, dininə və bayrağına sahib çıxdı

BAYRAQDAR MEDİA – “Dünyanın harasında yaşamasından aslı olmayaraq türk gəncliyi öz tarixini dərindən bilməlidir. Çünki bu bir şərəf tarixidir. Hər bir türk gənci bilməlidir ki, türk dünyasının bu gün qazandığı nailiyyətlər heç də asanlıqla əldə edilməyib. Bunun üçün misilsiz qəhrəmanlıqlar göstərilib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu dedi.

Nazir, qeyd etdi ki, türk dünyasında bütün orta və ali məktəblərdə türk tarixi daha geniş bir şəkildə tədris edilməlidir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı bu istiqamətdə vahid bir proqram tərtib etməlidir. Türk dünyasının həm qalibiyyəti, həm də üzxləşdiyui haqsızlıqlar geniş şəkildə gənclərə çatdırılmalıdır. Bu baxımdan düşünürəm ki, türk dünyası gəncləri Kuzey Kıbrısın, Kıbrıs türklərinin qəhrəmanlıq və mübarizə tarixini də oxumalı, öyrənməlidirlər. Gənclik bilməlidir ki, türklər Kıbrısa Osmanlının adaya gəlişi vaxtı gəlməyiblər. Türklərin Kıbrısda varlığı 1200-cü illərə dayanır. Yəni bu gün əslində yunan və rumlar Kıbrıs adasına gəlmədilər. Bizlər isə bu adanın gerçək və tarixi sahibləriyik. Eyni zamanda gənclər bilməlidirlər ki, Kıbrıs türkü illərlə edilən zülmlərə, soyqırımlara baxmayaraq dilini, dininə və bayrağına sahib çıxdı. 1974-cü ildə Kıbrıs Barış Hərəkatı ilə adada yaşayan türklərlə bağlı qoruyucu və tarixi addım atıldı. O gündən bu günə qədər Kıbrıs türkləri Türkiyənin qarantorluğu altında sakit və təhlükəsiz həyatlarını davam etdirirlər. Bu mübarizə tarixini türk gənclərinə öyrətmək zəruridir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.