Press "Enter" to skip to content

Yerli şirkətlərin tanıtım sərgisi başlayır

BAYRAQDAR MEDİA – Bakı Ekspo Mərkəzi daha bir tədbirə ev sahibliyi edir. Belə ki, iyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, KOBİA-nın və Marsol Group-un birgə təşkilatçılığı ilə keçiriləcək sərgi çərçivəsində dörd gün ərzində qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

O da qeyd edilib ki, sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd ediləcək.

Media nümayəndələri də bu avtobusların xidmətindən istifadə edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.