BAYRAQDAR MEDİA – Tədris ili ərzində 204 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb. Müqavilə təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər dərnəklərin təşkili üçün imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “həmçinin ali təhsil və orta ixtisas təhsil müəssisələrinin tələbələri BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin pedaqoji təcrübə keçmələri ilə bağlı 230 ümumi və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 14 ikitərəfli müqavilə imzalanıb”.





