Press "Enter" to skip to content

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer alıb

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer alıb

BAYRAQDAR MEDİA – Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2025-ci il üçün “THE Impact Ranking” reytinqini açıqlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““THE University Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir. Reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2 min 318 universitet daxil edilib. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müvafiq reytinq qiymətləndirilməsində ilk dəfə yer almasına baxmayaraq dünya üzrə 1001-1500-cü sıralamada yer alaraq ölkə üzrə 6-cı, region universitetləri arasında 1-ci və DİM 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk yerdə qərarlaşıb”.

ADAU-nun DİM üzrə göstəriciləri aşağıdakı kimidir:
– DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300;
– DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1 min 154 müəssisə arasında 401-600;
– DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800;
– DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1 min 089 müəssisə arasında 601-800;
– DİM 17 üzrə isə (məqsədlər üçün tərəfdaşlıq) 2 min 389 müəssisə arasında 1001-1500.

Mission News Theme by Compete Themes.