Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin görüşü

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin görüşü

BAYRAQDAR MEDİA – Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar. İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb”.

Mission News Theme by Compete Themes.