Press "Enter" to skip to content

Birdir bizim hər halımız

Görüşlərdən xatirə fotosu

Azərbaycan və KKTC televiziyalrı arasındas qardaşlıq bağları güclənir

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstelin Azərbaycan səfəri çərçivəsində Bakıda olan Bayraq Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri Özdemir Tokel, Azərbaycanın aparıcı media qurumlarına nəzakət ziyarətləri həyata keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BRTK-dən məlumat verilib.

Baku TV-də görüş
Baku TV-də görüş

Bildirilib ki, “Baku TV, Telegraf Agentliyi və ARB Media Qrupu kimi ölkənin tanınmış media orqanlarında keçirilən görüşlərdə iki qardaş ölkə arasında media əməkdaşlığını gücləndirməyə yönəlik atıla biləcək konkret addımlar müzakirə olunub. Görüşlər zamanı ortaq yayım layihələri, qarşılıqlı kontent mübadiləsi və media sahəsində inkişaf etdiriləcək yeni əməkdaşlıq mexanizmləri gündəmə gətirilib”.

Məlumata görə, ziyarətdən sonra açıqlama verən Özdemir Tokel, media əməkdaşlığının yalnız qurumlar arasında deyil, xalqlar arasında da bağların möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq bunları bildirib: “Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı münasibətlər sürətlə inkişaf edir. Lakin media sahəsi bu inkişafın bir qədər gerisində qalmışdı. Buna görə də mədəni və ictimai bağlarımızı daha da gücləndirmək, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq baxımından media ən strateji vasitələrdən biridir. Atdığımız bu addım səmimi və davamlı bir başlanğıc xarakteri daşıyır.”

ARB Media Qrupunda görüş
ARB Media Qrupunda görüş

Ö.Tokel eyni zamanda KKTC Baş naziri cənab Ünal Üstelin və Kıbrıs türk xalqının gördüyü diqqət və yaxın münasibətə görə Azərbaycan mediasına təşəkkür edərək belə deyib:“Hörmətli Baş nazirimizə və Şimali Kipr Türk xalqına göstərdiyiniz isti münasibət bizim üçün son dərəcə qiymətlidir. Bu səmimi diqqət qardaşlığımızın media vasitəsilə daha da görünən hala gəlməsinə mühüm töhfə verir.”

Ö.Tokel həmçinin qeyd edib ki, AzTV, AZƏRTAC, İTV, Bakı TV və Telegraf Agentliyi tərəfindən keçirilən xüsusi müsahibələr sayəsində Baş nazir Ünal Üstelin Kıbrıs türk xalqının haqlı mübarizəsini, Doğu Akdenizdəki strateji baxışını və KKTC-nin türk dünyasındakı mövqeyini Azərbaycan ictimaiyyətinə və beynəlxalq auditoriyaya çatdırmaq imkanı yaranıb:“Bu yayımlar iki qardaş xalq arasında könül körpülərinin media vasitəsilə daha da möhkəmlənməsinə önəmli töhfələr verir.”

Ziyarətlərin sonunda tərəflər media diplomatiyasını institusional səviyyəyə qaldırmaq və davamlı əməkdaşlıqları inkişaf etdirmək istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.

Mission News Theme by Compete Themes.