Press "Enter" to skip to content

İraq türkmənlərinin genişmiqyaslı toplantısı

Toplantı zamanı

BAYRAQDAR MEDİA – Birləşmiş İraq Türkmənləri Cəbhəsi Siyahısı, siyahıya daxil olan türkmən siyasi partiyaların rəhbərləri və nümayəndələrinin iştirakı ilə mühüm toplantı keçirib,

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildiirilib ki, “toplantıya həm İraq Türkmən Cəbhəsinin, həm də Birləşik İraq Türkmənləri Cəbhəsi Siyahısının rəhbəri Mehmet Səman Ağa sədrlik edib. Toplantıda İraq və türkmən siyasi səhnəsindəki son inkişaflarla yanaşı, bölgədə sürətlə baş verən dəyişiklik prosesi müzakirə edilib. Eyni zamanda yaxınlaşan seçki prosesi, texniki və təşkilati hazırlıqlar, həmçinin siyahıya daxil ediləcək namizədlər məsələsi ətraflı şəkildə nəzərdən keçirilib”.

Məlumata görə, iştirakçılar xüsusilə seçici qeydiyyatlarının yenilənməsinin bu həssas dövrdə böyük əhəmiyyət daşıdığını, mövcud vaxtın isə məhdud olduğunu vurğulayıblar: “Bütün türkmən vətəndaşlara çağırış edilib ki, türkmən toplumunun dövlətdəki gələcəyinin formalaşdırılmasında iştirak etmək üçün qeydiyyat mərkəzlərinə müraciət etsinlər”.

Mission News Theme by Compete Themes.