Press "Enter" to skip to content

TİKA KKTC-də Osmanlı mirasını yaşadır

Fethiyyə Məscidi

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada yerləşən tarixi Turunçlu Fethiyyə Məscidi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən bərpa edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Lefkoşanın quzey hissəsində İplikpazarı məhəlləsində yerləşən Turunçlu Fethiyyə məscidi 1825-ci ildə o dövrdə Kıbrıs valisi olan Seyyid Mehmed Ağa tərəfindən, əvvəlki məscidin yerində inşa edilmişdir. Tarixi baxımdan Fethiyyə Məscidi kimi tanınan bu ibadətgah 148 kvadratmetr sahəyə malikdir və eyni anda təxminən 210 nəfərin ibadət etməsi mümkündür”.

Məlumata görə, TİKA tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində adadakı Osmanlı və Türk varlığının simvollarından biri olan məscidin fiziki vəziyyəti yaxşılaşdırılıb: “Xarici işıqlandırma sayəsində məscidin memarlıq detalları və tarixi quruluşu gecə saatlarında da görünür hala gətirilib. Osmanlı dövrünə aid əhəmiyyətli bir abidə olan məscid, memarlıq üslubu və mənəvi atmosferi ilə yerli xalqın və turistlərin böyük marağına səbəb olur. TİKA-nın restorasiya və işıqlandırma işləri ilə bu məscid həm estetik, həm də funksional baxımdan yenidən canlandırılıb. Bu fəaliyyət, TİKA-nın KKTC-də Osmanlı mirasının qorunmasına töhfə verməklə yanaşı, keçmişin izlərini gələcəyə daşıyır”.

Mission News Theme by Compete Themes.