Press "Enter" to skip to content

Təbiət ərazilərində epizootoloji monitorinqlər

Təbiət ərazilərində epizootoloji monitorinqlər

BAYRAQDAR MEDİA – Cari ilin 7-11 iyul tarixlərində xırdabuynuzlu heyvanların taunu, atların Afrika, donuzların Afrika taunu, quş qripi, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “monitorinqlər Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının təbiət ərazilərini − ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları əhatə edəcək. Monitorinqlər çərçivəsində müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə diaqnostik nümunələr götürüləcək”.

Daha sonra xəbərdə, “tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcəklər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.